İllərdir sarımsağı yanlış istifadə edirik
Tarix: 10-06-2023, 13:36
Baxılıb: 1 519
Google+ Paylaş
Tumblr Paylaş

İllərdir sarımsağı yanlış istifadə edirik

10-06-2023, 13:36

Mətbəxdə əldə etdiyimiz praktiki biliklər həm həyatımızı asanlaşdırır, həm də qənaət edir. Sarımsağı əzib istifadə etmək də onlardan biridir.

Qidaların istifadəsində yol verilən səhvlər sırasında sarımsağın əzilməsi araşdırmalarda ilk sırada yer alıb.

Sarımsaq əzdiricinin birinci yerdə olmasının səbəbi onun dünyanın ən təbii antibiotik olmasıdır. Çünki bir çox dərmanlardan daha sürətli təsir göstərən sarımsağın məruz qalacağı mənfi şərtlərə diqqət yetirmək lazımdır.

Mütəxəssislər vitamin xüsusiyyəti itirilən sarımsağın ən doğru istifadə üsulunu paylaşıblar.

Bildirilib ki, sarımsağı sarımsaq əzənlə əzib vitamin dəyərini itirmək əvəzinə, taxta qaşıq və ya taxta çəngəl ilə əzmək lazımdır. Metal ilə təmasda sarımsaq kimyəvi maddələrə daha çox məruz qalır. Buna görə də, sarımsağı metal bıçaqla doğramaq da doğru deyil. Bunun əvəzinə taxta əzənlə əzib istifadə edə bilərsiniz.

Sarımsaq müalicəvi xüsusiyyətlərinə görə min illərdir bilinən və istifadə edilən bir bitkidir. Sarımsağın tərkibində 200-dən çox kimyəvi birləşmə var, onun əsasını efir yağları, fermentlər, vitamin-minerallar təşkil edir.

Xüsusilə, kükürd tərkibli birləşmələr sarımsağa kəskin qoxu verir, eyni zamanda sağlamlığa bir çox müsbət təsirlər gətirir.

Bakteriyaları, göbələkləri, parazitləri öldürür. İnsan orqanizmində qan təzyiqi, qan şəkəri və xolesterinin aşağı salınması,qaraciyəri qorumaq gücünı malikdir.

Aparılan araşdırmada sarımsaq istehlakının xolesterini və aclıq qan şəkərini aşağı saldığı göstərilib. Başqa bir araşdırma nəticəsində, sarımsaq istehlak edən bir qrup şəxsin, içməyənlərə nisbətən qan təzyiqinin daha aşağı olduğu bildirilir.

Tərkibindəki kükürd birləşməsinin xərçəngin inkişafının qarşısını almaqda və xərçəng hüceyrələrinin artan dövranını maneə törətməkdə təsirli olduğunu iddia edən tədqiqatlar var.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ