Baş ağrısı nədən xəbər verir?
Tarix: 20-05-2023, 14:07
Baxılıb: 1 529
Google+ Paylaş
Tumblr Paylaş

Baş ağrısı nədən xəbər verir?

20-05-2023, 14:07

“Baş ağrısı ilə yüksək təzyiq arasında əlaqə yoxdur. İnsanların təzyiqi hər dəfə qalxanda başı ağrımır”
Bunu türkiyəli mütəxəssis prof. Dr. Hakan Güllü deyib.

Yüksək təzyiqin ümumi səbəbi damarların bütün bədəndə olması lazım olduğundan daha çox büzülməsidir. Nəticədə qan təzyiqi yaranır. Bu xəstəlik insanların əksəriyyətində rast gəlinir. Onların bir neçəsində yüksək qan təzyiqi böyrək lemarları, böyrək parenxima toxuması və adrenal bez xəstəliyi ilə baş verir. Bunlara ikincili hipertoniya da deyilir.
Hipertoniyanın yaranma səbəbi əsasən genetikadır. Ailədən hipertoniya genlərini irsi almış insanlar da ətraf mühitin təsirindən yüksək təzyiqlə qarşılaşacaqlar. Ətraf mühitin təsirindən danışanda ən önəmli faktorlar artıq çəki, qida rasionunda duzun çox olması, oturaq həyat, spirtli içkilərdən istifadə, siqaret çəkməkdir. Bu şərtlər hipertoniyanın inkişafını asanlaşdırır. Ailəsində yüksək təzyiqi olan insanlar xüsusilə diqqətli olmalıdırlar. Arterial təzyiqin xüsusiyyəti onun məkrli xəstəlik olmasıdır. Qan təzyiqi xəstələri heç bir kəskin narahatlıq hiss etmirlər. Xəstənin təzyiqi 15, 16, 18 olduqda o, heç bir diskomfort hiss etməyə bilər. Bu səbəbdən yüksək qan təzyiqi olan insanların təxminən 30-40 faizi yüksək təzyiq olduğunu bilmir. Təsadüfi ölçülmədikcə yüksək qan təzyiqi müşahidə olunmur. Insanlar baş ağrısının təzyiqlə əlaqədar olduğunu deyirlər, amma baş ağrısı ilə yüksək təzyiq arasında heç bir əlaqə yoxdur. İnsanların təzyiqi hər dəfə qalxanda başı ağrımır. Amma bu, xalq arasında bir inancdır”, - deyə həkim bildirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ