Yumurtanın saxlanma müddəti neçə gündür? - DÜZGÜN SAXLANMA QAYDASI
Tarix: 13-05-2023, 13:30
Baxılıb: 1 619
Google+ Paylaş
Tumblr Paylaş

Yumurtanın saxlanma müddəti neçə gündür? - DÜZGÜN SAXLANMA QAYDASI

13-05-2023, 13:30

Yumurtanı xarab olmadan soyuducuda neçə gün saxlamaq olar?

Yumurta ən əhəmiyyətli zülal qaynaqlarından biridir. Bəs sağlamlığa faydalı olması üçün yumurtanı hansı şəraitdə, neçə gün saxlamaq lazımdır?

Qida mütəxəssislərinin sözlərinə görə, yumurtanın saxlama müddəti məhduddur və düzgün saxlanmadıqda, uzun müddət sonra istehlak edildikdə qida zəhərlənməsinə səbəb ola bilər.

Yumurta alarkən üzərində çatların olub-olmadığına mütləq fikir vermək lazımdır.

Yumurtaların bayat və ya xarab olub olmadığını öyrənmək üçün duzlu su testi də edilə bilər.

Məlumdur ki, təzə yumurtaları xarab olmadan təxminən beş həftə soyuducuda saxlamaq olar.

Qaynadılmış yumurtanın soyuducuda saxlama müddəti yeddi gündür və qida zəhərlənməsi riskini aradan qaldırmaq üçün bu müddətdən çox qalmış yumurtanı istehlak etmək doğru deyil.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ