Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada infeksiyaya 68 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 49 nəfər isə sağalıb, 2 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 831 267 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 820 811 nəfər müalicə olunaraq sağalıb, hazırda 221 aktiv xəstə var. Bu günə qədər 10 235 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 437, bu günə qədər isə ümumilikdə 7 587 257 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 190 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 960 051 olub.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur