Türkiyəli məşhur həkim-mütəxəssis Canan Karatay arıqlaya bilməyənlər üçün bir neçə məsləhət verib. Sadəcə 15 dəqiqəlik bunu etməklə arıqlaya bilərsiniz deyən mütəxəssis yenə insanları təəccübləndirib.
Sağlam qidalanma və pəhrizlə bağlı açıqlamaları ilə diqqət çəkən və zaman-zaman müzakirə edilən Prof. Dr. Canan Karatay arıqlamaq istəyənlərə qızıl kimi məsləhətlər verib.
O bildirib ki, D vitamini çatışmazlığının ciddi sağlamlıq problemlərinə səbəb olması ilə yanaşı arıqlamağı çətinləşdirir. Orqanizmin artıq çəki almasını sürətləndirir. İnsanın D vitamini ehtiyacının yalnız yüzdə 10-u qida ilə təmin edilə bilər. Bir çox araşdırmalar göstərir ki, D vitamini səviyyəsinin artırılması arıqlamağa kömək edir. D vitamini baxımından ən təsirli dövr olan mart və oktyabr ayları arasında qoruyucu krem istifadə etmədən hər gün 10-15 dəqiqə günəş vannası qəbul etmək lazımdır.
Xüsusilə günəş şüalarının ortada olduğu saat 11.00-15.00 arası D vitamininin çevrilməsi üçün ən təsirli saatlar hesab edilir. Bununla D vitamini çatışmazlığını aradan qaldıra və arıqlaya bilərsiniz.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb