Xoruldamağın təhlükələri nələrdir?
Tarix: 17-04-2023, 11:31
Baxılıb: 1 575
Google+ Paylaş
Tumblr Paylaş

Xoruldamağın təhlükələri nələrdir?

17-04-2023, 11:31

Xoruldama müəyyən həyat tərzi problemlərindən tutmuş ciddi tənəffüs yolları xəstəliklərinə qədər bir çox səbəblərdən yarana bilər. Ağız və sinusların anatomik quruluşu ilə bağlı problemlər, soyuqdəymə, artıq çəki kimi bir çox səbəblərdən meydana gələ bilər.

Yuxu zamanı tənəffüsün kəsilməsinə səbəb olmayan bu tip xoruldamanın qarşısı yuxu mövqeyini dəyişmək, daha yüksək yastıqda yatmaq, artıq çəkidən xilas olmaq, yüngül qidalar qəbul etmək, spirtli içki və siqareti tərgitmək, burun zolağından istifadə etməklə alına bilər.


Bəzi hallarda xoruldama narahatlıq deyil, bir simptom kimi baş verə bilər. Obstruktiv yuxu apne sindromu adlanan bu pozğunluq bütün dünyada 3% nisbətində görülsə də, 50 yaşdan yuxarı kilolu kişilərdə bu nisbət 50%-ə yüksəlir. Yuxu apnesi müalicə edilmədikdə, ürək və beyin damarları təsirlənir.

Xorultuya son qoymaq üçün sadə üsul:

Britaniyalı mütəxəssis xoruldamağın qarşısını almaq üçün sadə üsul olduğunu bildirib.

Psixoloq Katherine Hall yatmazdan əvvəl "saitləri ucadan təkrarlamaq"ın həll yolu ola biləcəyini təklif edir.

"Xoruldamağa qarşı boğaz məşqləri boğazınızdakı əzələləri gücləndirmək və yatarkən onların titrəməsinin qarşısını almaq üçün əla vasitədir. Gündə bir neçə dəfə hər saiti yüksək səslə təkrarlamaq üçün bir neçə dəqiqə sərf edin və zaman keçdikcə xorultunun getdiyini görəcəksiniz.

Təəssüf ki, xoruldama çox yaygın bir problemdir və bazarda olan onlarla məhsul yalnız xoruldamanın müalicəsi üçün istifadə olunur.

Stressli həyat və müxtəlif sağlamlıq problemləri xoruldamaya səbəb ola bilər.


Xoruldamağı azaltmaq üçün təbii içki resepti:

Tərkibi:

2 alma

2 yerkökü

1 təzə zəncəfil

dörddə bir limon

HAZIRLANMASI

Bütün inqrediyentləri blenderdən keçirin və hər axşam yatmazdan əvvəl hazırladığınız bu içkini için.

Limon C vitamini anbarıdır və tənəffüs yollarınızı təmizləyir.

Alma və yerkökü daha yaxşı yatmağınıza kömək edəcək, zəncəfil isə burnunuzdakı ağrı və ya təzyiqi aradan qaldırmağa kömək edəcək.

Siz həmçinin xoruldamanı minimuma endirmək və hətta tamamilə aradan qaldırmaq üçün bu üsulları sınaqdan keçirə bilərsiniz.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ