Koronavirusun yeni variantı ortaya çıxdı
Tarix: 14-04-2023, 15:34
Baxılıb: 1 098
Google+ Paylaş
Tumblr Paylaş

Koronavirusun yeni variantı ortaya çıxdı

14-04-2023, 15:34

Dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirus mutasiya edərək yayılmağa davam edir.

Bir çox ölkədə, xüsusən də Hindistanda koronavirusun yeni variantı ortaya çıxıb. Hind alimlərinin sözlərinə görə, Arkturus variantı Omikronun mütasiyası nəticəsində meydana çıxıb. Bildirilib ki, bu variant, xüsusilə uşaqlarda müşahidə olunur.

Hindistan Pediatriya Akademiyasının keçmiş prezidenti Dr. Vipin Vaşiştha son vaxtlar koronavirusa yoluxma hallarının artdığına diqqət çəkib. O bildirib ki, bu xəstəliyin yüksək hərarət, öskürək kimi əlamətlərinə göz qaşınması da əlavə olunub. "Hindustan Times" qəzetinin yazdığına görə, xüsusilə qaşınma konyuktiviti uşaqlarda müşahidə edilir və bu simptom digər COVİD-19 variantlarında müşahidə olunmayıb.

Digər tərəfdən son vaxtlar Hindistanda yoluxma hallarının sürətlə yayıldığı açıqlanıb. Hindistanda bu gün 11 109 yeni yoluxma halı aşkarlanıb. Alimlər bir gündə baş verən bu artımın son bir ildəki ən böyük artım olduğunu açıqlayıb

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ