Aşağı qan təzyiqinin səbəbləri və müalicəsi bunlardır
Tarix: 11-04-2023, 13:32
Baxılıb: 1 556
Google+ Paylaş
Tumblr Paylaş

Aşağı qan təzyiqinin səbəbləri və müalicəsi bunlardır

11-04-2023, 13:32

Son zamanlar çox rast gəlinən və gündəlik həyata mənfi təsir edən aşağı təzyiq xüsusilə xroniki hal aldıqda bəzi ciddi xəstəliklərə səbəb ola bilər. Bəs niyə qan təzyiqi düşür? Aşağı qan təzyiqi üçün ən sürətli müalicə hansıdır?

Sağlam bir yetkində qan təzyiqi adətən 120/80 olur. Qan təzyiqinin 90/60-dan aşağı olduğu vəziyyətə aşağı təzyiq deyilir.

Uzun müddətli aşağı təzyiq üçün həkimə müraciət edilməlidir. Qan təzyiqinin nadir hallarda düşməsi ciddi bir vəziyyət deyil

Aşağı qan təzyiqi kimi xroniki bir problem yaşayırsınızsa, səbəbləri bunlar ola ilər.

Duz çatışmazlığı

bədənin susuzlaşması

bir çox vitaminlərin, xüsusilə B9 və B12 çatışmazlığı

ürək-damar xəstəlikləri

qəfil qan itkisi

qalxanabənzər vəzinin fəaliyyət göstərə bilməməsi

ağır infeksiyalar

hamiləlik

diabet

bəzi allergik reaksiyalar

uzun müddətli şiddətli ishal

uzun müddətli qusma

antidepresanlar və diuretiklər kimi bəzi dərmanları yan təsirləri

AŞAĞI QAN TƏZYİQİNİN ƏLAMƏTLƏRİ HANSIDIR?

konsentrasiyada çətinlik

yorğunluq hissi

ürəkbulanma

başgicəllənmə

bayılma

səndələmək

bulanıq görmə

Yuxarıda göstərilənlər aşağı təzyiqin ən çox görülən əlamətlərindəndir. Sürətli tənəffüs, solğun və nəm dəri, yaşlılarda yaddaşın çaşqınlığı və zəif nəbz kimi simptomlar olduqda həkimə müraciət etmək vacibdir.

Nə etmək lazımdır?

Aşağı qan təzyiqi üçün sürətli bir həll, qanın ürəyə qayıtmasına kömək etmək üçün oturarkən və ya uzanarkən ayaqları qaldırmaqdır.

Bir neçə stəkan su içmək, alnını və başı islatmaq, xüsusən də çox isti olduqda kömək edə bilər. Ümumiyyətlə, təzyiqin qəfil enməsi zamanı görüləcək ilk işlərdən biri şəkərli sudan istifadə etməkdir.

Bir fincan qəhvə içmək, stimullaşdırıcı təsiri səbəbindən mövcud qan təzyiqini artırmağa kömək edə bilər. Ancaq bunun təsiri müvəqqətidir. Uzun müddətdə və ya yüksək dozada qəhvə də əks təsir göstərə və təzyiqi azalda bilər. Kifayət qədər su içmək və bol su ilə zəngin meyvə-tərəvəz istehlak etmək hipotansiyona qarşı böyük fayda verir. Bu, qan təzyiqinin daha da azalması riskini yaradan susuzlaşdırmanın qarşısını alır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ