Bu qidalar saçların tökülməsini sürətləndirir
Tarix: 7-04-2023, 16:49
Baxılıb: 1 452
Google+ Paylaş
Tumblr Paylaş

Bu qidalar saçların tökülməsini sürətləndirir

7-04-2023, 16:49

Saçların tökülməsinin səbəbləri arasında bəzi qida məhsullarından sui-istifadə ola bilər. Bu haqda britaniyalı həkim-dermatoloq, London Bridge Hospital-ın mütəxəssisi Şaron Vonq məlumat verib.

Həkim bildirib ki, sadə karbohidratlar, emal olunmuş qidalar saçların vəziyyətinə mənfi təsir edir, onların tökülməsinə səbəb olur.

Belə qidalar arasında:

- ağ çörək

- pizza xəmiri

- makaron

- un məmulatları

- ağ un

- ağ düyü

- şirin desertlər

- bir çox quru səhər yeməkləri.

Həmçinin qidalanmada lif və zülalların az olması da saçların vəziyyətinə mənfi təsir edir.   

Həkim bildirib ki, ət, yumurta, paxlalılar (mərci, noxud, soya və s.), qarabaşaq, kinoa, süd məhsulları saçların sağlamlığı və gözəlliyini təmin edir.   
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ