Qaynadılmış düyü yemək, çörəkdən imtina etmək düzgün deyil
Tarix: 6-04-2023, 12:28
Baxılıb: 1 201
Google+ Paylaş
Tumblr Paylaş

Qaynadılmış düyü yemək, çörəkdən imtina etmək düzgün deyil

6-04-2023, 12:28

Hər insanın orqanizmi fərqlidir, orqanizmdə olan vitaminlər, qan səviyyəsi, şəkər səviyyəsi müxtəlifdir. Ona görə pəhriz menyusunu ümumi tərtib etmək doğru deyil. Bir adama xeyirli olan hər hansısa qida, digərinə zərərli ola bilər. Bu baxımdan hazır dieta menyularını tətbiq etmək təhlükəli ola bilər. Pəhrizə başlamazdan öncə bütün orqanizm müayinə edilməli, analizlər aparılmalı və mütəxəssis tərəfindən şəxsə özəl menyu tərtib edilməlidir”.

Bunu Medical Media-ya açıqlamasında həkim-nutrisoloq Vəfa Əsgərli deyib.

Mütəxəssis bildirib ki, bəzi insanlar pəhrizi çörək əvəzinə düyü yemək hesab edir. Amma qaynadılmış düyü karbohidratdır. Qaynadılmış düyü qanda şəkəri yüksəldə bilər. Bunu nəzərə almaq lazımdır. Əgər şəkərli diabet xəstəsidirsə, insan qaynadılmış düyü yeməməlidir. Bu məqamda düyünün qaynadılaraq yeyilməsindən, yağda bişirilməsi daha məsləhətli hesab edilir. BUna görə də, pəhriz tətbiq edilməzdən öncə müayinə vacibdir. 

Bundan başqa, həkim qeyd edib ki, kalorini hesablayaraq qidalanma da doğru deyil, bu insanda psixoloji travma, gərginlik yaradır. 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ