Martın 25-dən hava kəskin dəyişəcək
Tarix: 25-03-2023, 10:36
Baxılıb: 1 457
Google+ Paylaş
Tumblr Paylaş

Martın 25-dən hava kəskin dəyişəcək

25-03-2023, 10:36

Azərbaycan ərazisində martın 25-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-10, gündüz 18-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ