Dəfn mərasimlərində niyə gül suyundan istifadə olunur?
Tarix: 10-03-2023, 20:12
Baxılıb: 1 113
Google+ Paylaş
Tumblr Paylaş

Dəfn mərasimlərində niyə gül suyundan istifadə olunur?

10-03-2023, 20:12

Xüsusən yas mərasimlərində gül suyundan istifadə edilməsinin öz səbəbi var.

Qızılgül suyunun orqanizmə müxtəlif təsirləri mövcuddur.

Gül suyu su və qızılgül ləçəklərindən hazırlanmış mayedir. Şirin qoxusuna görə ətir kimi istifadə olunur, lakin müalicəvi və kulinariya dəyərlərinə də malikdir.

Hələ 7-ci əsrdə İranda və Yaxın Şərqin digər yerlərində tibbdə qızılgül suyundan istifadə edilirdi. Şimali Amerika hindu tayfalarının da bu metoddan istifadə etdiyinə dair sübutlar tapılıb.

Gül suyunun faydaları aşağıdakılardır:

  • Qızılgül beyində endorfin ifrazını tarazlaşdırır, kədəri aradan qaldırır və insana rahatlıq verir.

  • Dəri bədənin ən böyük orqanıdır, gül suyu ultrabənövşəyi şüalara, kimyəvi maddələrə və digər fiziki təsirlərə qarşı təsirlidir. Qızılgül suyunun tərkibindəki antioksidantlar dəridəki hüceyrələri zədələrdən qoruyur. Gül suyu həmçinin iltihab əleyhinə xüsusiyyətlərə malikdir, yəni ekzema və rosacea kimi xəstəliklərin yaratdığı qıcıqlanmanı aradan qaldırmaq üçün dəriyə tətbiq oluna bilər. Eyni zamanda, dərini sakitləşdirməyə və qızartıları azaltmağa kömək edə bilər.

  • Sakitləşdirici və iltihab əleyhinə təsirinə görə gül suyu boğaz ağrısını müalicə etmək üçün də istifadə edilə bilər. Araşdırmalara əsasən, gül suyu boğazdakı əzələlər üçün rahatlaşdırıcı təsirə malikdir.

  • Qızılgül suyu antiseptik və antibakterial xüsusiyyətlərə malikdir. Bu da yaraları təmiz saxlamağa və yaraların tez sağalmasına səbəb olur. Gül suy yanıq, kəsik, çapıq və infeksion yaralara müsbət təsir edir.

  • Gül suyu inhalyasiyası ənənəvi olaraq insanın əhval-ruhiyyəsini yaxşılaşdırmaq üçün də təsirlidir. Tədqiqatlar göstərib ki, qızılgül suyu antidepresan və narahatlıq əleyhinə xüsusiyyətlərə malikdir. Bundan başqa qızılgül suyu yuxuya da müsbət təsir edir.

  • Bir sıra psixi sağlamlıq vəziyyətlərinə də müalicəvi təsir göstərir. Depressiya, kədər, stress, gərginlik kimi psixi problemlər zamanı gül suyunun effektib xüsusiyyəti var.

  • Gül suyu baş ağrılarını da azaldır. Əhval-ruhiyyəni yaxşılaşırır, stressi aradan qaldırır, baş ağrılarını və miqrenin müalicəsində istifadə edilir

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ