İnfarktdan necə qurtulmaq olar?...
Tarix: 2-02-2023, 22:31
Baxılıb: 2 007
Google+ Paylaş
Tumblr Paylaş

İnfarktdan necə qurtulmaq olar?...

2-02-2023, 22:31


          İnfarkt nəticəsində ölümdən qurtulmağın yolu açıqlanıb

İsveç kardioloqları müəyyən ediblər ki, fiziki aktivlik ürəktutması keçirənlərin erkən ölümdən xilas olmasına kömək edir.
Dünya tibb jurnalları və saytları xəbər verirlər ki, həkimlərin apardığı tədqiqatda 2005-2013-cü illərdə miokard infarktı keçirən 22 227 nəfər iştirak edib. Kardioloqlar onların fiziki aktivliyini iki dəfə - ürəktutmasından 6-10 həftə keçmiş müddətdə və 12 ay sonra qiymətləndiriblər. Hər iki halda sorğuya cəlb olunan könüllülər bundan öncəki yeddi gün ərzində, həm də 30 dəqiqədən az olmamaq şərti ilə necə məşq etdiklərini göstəriblər. Bu, infarktdan sonra əzələlərin üzərinə düşən yükün necə dəyişdiyini müəyyən etməyə imkan verib.
 Orta hesabla 4,2 il ərzində 1087 xəstə vəfat edib. Ölüm riski fiziki aktiv olmayanlar arasında daha yüksək olub. Belə ki, tək-tük məşqlər ölüm ehtimalını 37 faiz, ardıcıl məşqlər isə 59 faiz azaldıb. Alimlərin fikrincə, infarkt keçirənlər siqareti atmalı və sağlam qidalanma ilə yanaşı, həftədə ən azı iki dəfə məşqlərə də diqqət yetirməldirlər. Ən əsası isə hər gün 3-5 kilometr piyada gəzmək lazımdır. Alimlər sübut ediblər ki, hərəkət ən əsas dərmandır.
Gəlin yaddan çıxarmayaq ki, sağlamlıq insanın ən böyük var-dövlətidir.
Toplayanı, tərcümə edəni və yenidən işləyəni:
Zeynəb GƏNCƏLİ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ