Beyini qocalmadan qoruyan doqquz ən sadə üsul
Tarix: 24-01-2023, 21:13
Baxılıb: 2 296
Google+ Paylaş
Tumblr Paylaş

Beyini qocalmadan qoruyan doqquz ən sadə üsul

24-01-2023, 21:13

Su içməmək, hərəkət etməmək, sağlam qidalanmamaq əsas olmaqla bir çox səbəblər insan beyninivaxtından tezqocaldır.
Bəs beynin vaxtından əvvəl qocalmasının qarşısını almaq, onu həmişə cavan saxlamaqüçün nələr etmək lazımdır?
Dünyanın tanınmış həkimləri və tibb jurnallarıbu sualın cavabını bizə bir neçə variantda və sadə üsullatəqdim edirlər.
Bildiyimiz kimi vücudumuzun əsas gəmisi olan beyin bütün orqanlarımızı lazım olam kimi idarə edir və sistemin düzgün şəkildə işləməsini təmin edir. Ona görədə beyni sağlam və cavan saxlamaq üçün bizgündəlik həyatımızda bir neçə prosesə diqqət yetirməliyik. Hər günü eyni tərzdə yaşamamaq, nəfəs potensialını artırmaq və stressdən uzaq qalmaq da məhzbu detallara, üsullaradaxildir. Ona görə də beyini qocalmadan qoruyan bu sadə, doqquz üsula hər bir insan əməl etməlidir.

1. Çox su için
Bilirsiniz ki, insan beynin 73%-i sudan ibarətdir. Su neyronların istehsalını, hormonal əlaqə və hüceyrələrarası əlaqə kimi əhəmiyyətli fəaliyyətlərdə istifadedilir. Beyin suyunun bir faizini itirərsə, insanın düşünməsi yavaşlayar, iki faizini itirərsə, zehni performansı geriləyər, riyazi problemləri həll etmək çətinləşər.
Onu da bilin ki, qəhvə, çay suyun yerini tuta bilməz. Meyvə suyu, bitki çayı, süd də həmçinin. Çünki qəhvə və çay sidikqovucu xüsusiyyətlərə malikdir və əksinə bədəndə suyun miqdarını azaldır.
Gündə ən az 1-2litr su içmək çoxvacibdir. Su içməyin ən yaxşı zamanı isə səhər saatlarıdır. Gün boyunca datez-tez su içmək lazımdır.
2. Piyada hərəkət etməyə daha çox vaxt ayırın
Beynin hər iki yarımkürəsini işlətmək üçün müəyyən hərəkətləriyerinə yetirmək lazımdır. Yürüş, yoqa və üzmək kimi vücudun hər iki tərəfini paralel şəkildə istifadə etməyin vacib olduğu hərəkətlər etmək daha yaxşıdır. Bu, eyni zamanda, beynin yarımkürələri arasındakı bağları da çox möhkəmləndirir. Həm də yuxunu müəyyən çərçivəyə salar. Gün ərzində daha çox piyada gəzmək, pilləkənləriçıxmaq, avtomobili uzağa park edərək yolu uzatmaq, yəni piayda gəzmək kimi detallar, üsullarda beyinə hərəkət baxımından çox fayda verər.
3. Sağlam qidalanmaya daha çox üstünlük verin
Beyinin cavan qalması üçün onu yaxşı "qidalandırmaq" lazımdır. Çünki beynimiz qurmandır. O, balıqvə digər dəniz məhsulları, qoz-fındıq, şokolad, təzə və quru meyvələri, tərəvəzlərixoşlayır.  Ona görə də qida rasionunuzda bunlara daha çox üstünlük verir.
4. Yuxunuza daha çox diqqət edin
Yuxuya, rahat yatmağa yalnız körpələrin deyil, hər kəsin böyük ehtiyacı var. İbtidai siniflərdən sonra uşaqların yuxusuna çox da diqqət edilmir. Hətta çox yatmaq isə insanlar tərəfindəntənbəllik əlaməti sayılır. Bu düzgün deyil. Çünki hər gün çoxlu informasiyalarla doldurulmuş bir beyin üçün ən yaxşı əlac məhzyatmaqdır.
Yuxu beynimizə gün içində metabolizmə bağlı olaraq ortaya çıxan artıq metabolitlərin təmizlənməsi, beyindəki hüceyrələr arasında yeni bağlantıların qurulması, beynin özünü təmir etməsi, bədəndəki xroniki stress üçün cavabın hazırlanması, öyrənilən bilgilərin möhkəmlənməsi üçün böyükşərtdir.
5. Ürəyinizə yaxşı baxın
Ürək və beyin bir almanın iki yarısı kimidir. Buna görə də kardioloq və daxili orqanların müalicəsi üçün həkimin verdiyi tövsiyələr beyin üçün də çoxönəmlidir. Öncə ürəyi sağaltmaq lazımdır. Artıq çəkiniz varsa, qan təzyiqiniz, qan şəkəriniz yüksəkdirsə, ailədə təzyiq, ürək-damar, diabet xəstəsi varsa, siqaret çəkirsinizsə, spirtli içki ilə aranız yaxşıdırsa və hərəkətsiz qalırsınızsa, mütləq kardioloqun müayinəsindən keçməlisiniz. Onun dediyi tövsiyələrə hökmən əməl etməlisiniz. Bilin ki, ürək-damar xəstəlikləriniz sağalarsa, beyin də yaxşılaşar.
6. Bağırsaqlarınızın sağlamlığını qoruyun
Xoşbəxtlik hormonlarını bağırsaqlar istehsal edər. Bu hormonlar bizi streslərdən qoruyur, stresləri dəf etməyə kömək edir.
Stress isəbeyini qocaldan əsas amildir. Stress fizioloji olaraq təzyiqi artırır, qan təzyiqini qaldırır. Beyin uzun müddət stressə məruz qaldığı üçün, özəlliklə, yaddaş mərkəzi hüceyrə azlığı və toxuma itkinliyi ortaya çıxır.
Beləliklə, bağırsaq nə qədər çox xoşbəxtlik hormonlarını istehsal etsə, beyin də o qədər cavan qalacaq.
Lakin bağırsaqların mikroflorasının pozulması, bağırsaq xəstəlikləri xoşbəxtlik hormonlarının ifrazını azaldır. Bu səbəbdənhökmən bağırsağın sağlamlığına daim diqqət edin ki, beyininizqocalana qədər cavan qalsın.
8. Öyrənməyə həmişə davam edin
İlk öncə onu bilin ki, yeni bilgilər beyni inkişaf etdirər. Beyin hüceyrələri arasında yeni yollar qurar və bilgilərin möhkəmlənməsi, itirilməsinə əngəl olmaq üçün əsas rol oynayar. Yeni bilgi öyrənərkən beynimiz stimul qazanır ki, bu da yaddaşa xüsusi, daha önəmlifayda verər. Bu da zamanla beyni kiçilməkdən qoruyar. İkinci, üçüncü, hətta dördüncü dil öyrənməyə başlamaq, tikiş öyrənmək, foto, rəsm əsərləriçəkmək, şahmata başlamaq, müxtəlif idman növlərində özünü sınamaq, yemək bişirmək, rəqslər öyrənmək, yəni, ağlınıza nə gəlirsə... xüsusilə içinizdə qalan, uzun müddət arzuladığınız şeyləri həyata keçirmək bu mövzuda sizə böyük yardımçı ola bilər. Ona görə həmişə öyrənməyə davam edin.
9. Çalışın sosiallaşın
Pis, yaxşı xatirələr beyini yaşlandırmaz. Dostlarla birlikdə zaman keçirmək, təcrübələrin paylaşılması, yeni bilgilər və fikirlər müzakirə etmək, sevdiklərimizlə yaxşı zaman keçirmək, kədəri və sevinci paylaşmaq... bütün bunlar beyində yeni yollar açır, beyinin fəaliyyətini daha dayaxşılaşdırır. Çalışın bunlara əməl edin.
Bunları edən və on il cavanlaşın
Daimi idmanla məşğul olmaq insanı 10 il cavanlaşdırır və beyin funksiyalarını yaxşılaşdırır.
Yeni tədqiqatlara görə, aerobika üzrə məşqlər böyüklərdə beynin boz maddəsinin miqdarını artırır.
Alimlər qeyd edirlər ki, hətta pilləkənlə qalxmaq belə, bilik və yaddaş funksiyalarına müsbət təsir göstərir. Eyni zamanda, bu hərəkətlərin yaşınıza uyğun olaraq, fiziki fəaliyyətinizə də müsbət təsirləri olacaq.
Dünya alimləri bildirir ki, bunları edən40 yaşlı insanlar 10, 60 yaşlılar isə 20 yaş gəncləşir. Qeyd edək ki, bununla bağlı20 yaşdan 67 yaşa qədər olan 132 insan arasında tədqiqatlar aparılıb. Məlum olub ki, ən çox effekt verən aerobika ilə məşğul olmaqdır. Bu, hətta əzələlərin lazım olan səviyyədəişlədilməsindəbelə yaxşı nəticə verir.
Bu araşdırmanın müəllifi, Kolumbiya Universitetinin Tibb Mərkəzinin professoru Yaakov Stern qeyd edir ki, aerobik çalışmalarla heç bir dərman qəbul etmədən beynin qocalmasını ləngitmək və demensiyanın (ağıl, yaddaş zəifləməsi) qarşısını lazım olan kimialmaq olar.
Ona görə də gəlin öz sağlamlığımızafikir verək. Axı insanömürüelə də uzun deyil. Bütün bunları, yuxarıda yazdıqlarımıetməklə biz həmişə sağlam ola bilərik. Sağlamlıq isə insanüçün ən böyük nemət və var-dövlətdir. Gəlin ən böyük var-dövlətimizolansağlamlığımızı qoruyaq.
Toplayanı,tərtib edəni və yenidən işləyəni:
Zeynəb GƏNCƏLİ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ