Maraqsız və mükafatsız iş sağlamlığı məhv edir
Tarix: 3-01-2023, 22:37
Baxılıb: 2 023
Google+ Paylaş
Tumblr Paylaş

Maraqsız və mükafatsız iş sağlamlığı məhv edir

3-01-2023, 22:37

Əgər siz özünüzü işə sərf edirsizsə, əvəzində rəhbərlikdən tərif, mükafat və irəliləmə görmürsüzsə, o zaman sizə ən axı xroniki stress və onun ağır fəsadları diaqnozunu qoymaq olar.
Medicina.az Eyndhoven Texnoloji Universitetinin yeni araşdırmasını təqdim edir. Tədqiqatçılar 172 volonterin saç tükündən nümunə götürüb. Onların yarısı işdə az vaxt keçirir, rahat və mükafatlı işdə çalışır, qalanı isə gərgin rejimdə çalışırdı. Saç materialında stress hormonu kortizolun səviyyəsi ölçülüb.
Təsəvvür edin, bu hormon həyat və ölüm məsələsi olanda, yəni ekstremal vəziyyətlərdə yüksək miqdarda sıçrayır. Kortizol orqanizmi həyəcan vəziyyətinə gətirir, qanda şəkərin miqdarı qəfildən artır, həzm pozulur, digər biokimyəvi dəyişikliklər baş verir. Əgər uzun müddətli stress vəziyyətində kortizol yüksəlirsə, immun sistemi çökür, endokrin və digər sistemlər zəifləyir. Analizlərin nəticəsi göstərdi ki, çox gərgin işləyən və işindən məmnun olmayan iştirakçıların saçlarında kortizol miqdarı daha yüksək çıxdı. Bu adamlar illərdir öz xoşları ilə işlərinə əmək vermiş, rəhbərliyin bütün tapşırıqlarını dəqiqliklə yerinə yetirmiş, çox vaxt öhdəsinə lazım olduğundan yük götürmüş, amma hələ də gözlədikləri maddi və mənəvi təşəkkürü almamış şəxslər idi.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ