Azərbaycanda milyonlarla manat vergi borcu olan şirkətlər ləğv olunub.
AvroMedia.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bunlar “ALTİS” və “KOMETA-A” şirkətləridir. Hər iki MMC “Azlayihə İnşaat” şirkətinə qoşularaq ləğv olunduğunu elan edib.
Məlumat üçün bildirək ki, “ALTİS” şirkətinin hazırda 3 517 315,86 manat, “KOMETA-A” şirkətinin isə 1 312 046,04 manat vergi borcu var.
Bundan əlavə, həmin şirkətlərin qoşulduğu “Azlayihə İnşaat” MMC-nin də dövlət qarşısında yığılmış külli miqdarda vergi borcu mövcuddur. Onun vergi borcunun miqdarı 6 142 328,10 manat təşkil edir.
Qeyd edək ki, ləğv olunan şirkətlər 2009-cu ildə dövlət qeydiyyatına alınıb. “ALTİS”in qanuni təmsilçisi Mahmudov Cavid Fuad oğlu, “KOMETA-A”nın qanuni təmsilçisi isə Eyvazov Samran Tahir oğludur.
2012-ci ildə dövlət qeydiyyatına alınan “Azlayihə İnşaat”ın isə qanuni təmsilçisi Hüsyenov Talıb Sabir oğludur.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi