Şəki Şəhər Stadionu təmir olunacaq.
AvroMedia.az Trend-ə istinadən xəbər verir ki, stadionun təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanmasına başlanılır.
Belə ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində artıq bununla bağlı müvafiq işlərə start verilib.
Nazirlik sözügedən işlərin icrasını “Az.Arxitektura” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 55 min manat ödənilib.
Qeyd edək ki, sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanda III MDB Oyunları keçiriləcək.
Oyunların keçiriləcəyi bölgələrdən biri də Şəki olduğundan şəhər stadionunun təmir olunacağı bildirilirdi.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi