Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən təsdiq edilib.
AvroMedia.az xəbər verir ki, yol xəritəsinə görə, cari ilin 1 may tarixinə qədər kommunal qurumlar üzrə vahid abunəçi kodu mexanizmi yaradılması və Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin formalaşdırılması ilə bağlı konseptual sənədin hazırlanması planlaşdırılır.
Məlumata görə, bu ilin 1 dekabr tarixinə qədər, abonentlərin fərdi identifikasiya nömrəsi (FİN) üzrə məlumat bazasının mötəbərliliyinin 90%-ə çatdırılması, eyni zamanda abonentlərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) üzrə məlumat bazasının mötəbərliliyinin 70%-ə yüksəldilməsi və bu istiqamətlərdə görüləcək işlərlə bağlı tədbirlər planının hazırlanması və görülmüş işlərə dair rüblük hesabatın Komissiyaya təqdim olunması nəzərdə tutulur.Qeyd edilib ki, cari ilin 1 dekabr tarixinə qədər, abonent məlumat bazasında ünvan reyestr məlumatlarının tətbiqi üzrə mötəbərliliyin 90%-ə çatdırılması, müxtəlif dövlət və özəl informasiya sistemlərinin dəstəyi ilə kommunal xidmətlər abonent bazasının dürüstləşdirilməsi (ÜRİS, FİN, VÖEN, Kommunal qurumlarının abonent informasiya sistemləri, Kommunal qurumlarının coğrafi informasiya sistemləri) planlaşdırılır.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi