Asəf İsgəndərliyə “Bakı Metropoliteni”ndə vəzifə verildi
Tarix: 1-03-2025, 13:43
Baxılıb: 3 382
Google+ Paylaş
Tumblr Paylaş

Asəf İsgəndərliyə “Bakı Metropoliteni”ndə vəzifə verildi

1-03-2025, 13:43

“Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinə rəis təyinatı olub.
AvroMedia.az xəbər verir ki, sözügedən vəzifəyə Asəf İsgəndərli təyin olunub.
Asəf İsgəndərli 1990-cı ildə anadan olub. 2008-2012-ci illərdə Qafqaz Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Maliyyə ixtisası üzrə bakalavr, 2013-2015-ci illərdə həmin fakültədə Maliyyə menecmenti ixtisası üzrə magistr təhsili alıb. 2013-2017-ci illərdə Qafqaz Universiteti və Bakı Mühəndislik Universitetində pedaqoji fəaliyyətlə məşğul olub, 2017-2025-ci illərdə “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC-də və “Azərsun Holdinq” MMC-də maliyyə sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ