Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, 11 A ünvanında yerləşən taksi dayanacağı, yol kənarında fəaliyyət göstərən obyekt sahibləri üçün ciddi problemlər yaradır.
AvroMedia.az milli.az-a istinadən xəbər verir ki, sahibkarlar bildirirlər ki, bu ərazidə “taksi dayanacağı” işarəsi yerləşdirildikdən sonra həmçinin yerdə parklanma xətləri olsa da, onlara və müştərilərə hər gün cərimələr tətbiq edilir.
Onların sözlərinə görə, həmin nişan 5 il əvvəl quraşdırılıb, amma bu yer taksi dayanacağı üçün uyğun deyil və burada heç vaxt taksinin dayanmasını görməyiblər. Müştəri gəldikdə isə dərhal 40 manat cərimə tətbiq olunur. Bu kimi hallar dəfələrlə təkrarlanıb. Sahibkarlar əlavə edirlər ki, bu səbəbdən nə sifariş qəbul edə bilirlər, nə də mal satışı həyata keçirə bilirlər.
Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, sözügedən məsələ ilə bağlı əraziyə baxış keçiriləcək.
Yerdə parklanma xətləri olduğu halda niyə görə yol boyu avtomobili park edənlərə cərimə yazılır?
Məsələ ilə bağlı BŞDYPİ-nin əməkdaşı Rüstəm Əhmədli qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsinə əsasən, taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitəsinin dayanması və durması qadağandır. Bu kimi qaydaları pozan sürücülərə 40 manat cərimə nəzərdə tutulub.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi