Dəmir yolunun kənarından silah-sursat tapıldı
Tarix: 22-02-2025, 12:28
Baxılıb: 3 365
Google+ Paylaş
Tumblr Paylaş

Dəmir yolunun kənarından silah-sursat tapıldı

22-02-2025, 12:28

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.
AvroMedia.az xəbər verir ki, bu barədə Penitensiar Xidmət məlumat yayıb.
Bildirilib ki, axtarış nəticəsində Vaqif İmanxan oğlu İbadova məxsus 1 ədəd lüləsi və qundağı kəsik ov tüfəngi, 2 ədəd F-1 markalı əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1171 ədəd müxtəlif kalibrli patron və 1 ədəd siqnal tapançası Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində dəmir yolunun kənarında sahibsiz tikilinin yaxınlığında aşkar edilərək götürülüb.
Əl qumbaraları Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ