Gələn həftə Gürcüstan parlamentinin üzvləri Azərbaycana səfər edəcək.
AvroMedia.az xəbər verir ki, bu barədə Report-a parlamentin Özünüidarəetmə Komitəsinin sədri İrakli Kadagişvili məlumat verib.
O qeyd edib ki, iki ölkə arasındakı münasibətlər son illərdə strateji əməkdaşlıq səviyyəsinə çatıb və davamlı olaraq möhkəmlənir:
"Hər iki ölkə beynəlxalq səviyyədə qarşılıqlı olaraq bir-birini müdafiə edir. Ölkələr arasındakı dostluq və əməkdaşlıq münasibətləri həm regional, həm də beynəlxalq səviyyədə güclənir".
Komitə sədri bildirib ki, Gürcüstan və Azərbaycan arasında münasibətlər yüksək səviyyədə olduğundan müxtəlif istiqamətlərdə əməkdaşlıqlar həssaslıqla qorunur.
"Mən və həmkarlarım Azərbaycana səfərə hazırlaşırıq. Səfər çərçivəsində Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova və digər rəsmi şəxslərlə görüşlər keçirəcəyik. Məqsəd iki ölkə arasındakı münasibətləri dostluq, qonşuluq və strateji tərəfdaşlıq prinsipləri əsasında hərtərəfli şəkildə daha da inkişaf etdirməkdir”, - İ.Kadagişvili qeyd edib.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası