“Ölkə üzrə 685 bələdiyəyə 8071 üzv seçiləcək. Artıq 3 min nəfərə yaxın şəxs bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb”.
AvroMedia.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlmasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
Komissiya sədrinin sözlərinə görə, indiyədək hər hansı xoşagəlməz hal ilə bağlı müraciət daxil olmayıb. Seçkilərə hazırlıqla əlaqədar bütün addımlar Mərkəzi Seçki Komissiyasının təqvim planına uyğun olaraq atılır:
“Hansısa mübahisə yaranıbsa və onun hüquqlarına süni şəkildə müdaxilə edilibsə, bu halların qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək. Hansısa mübahisəli məsələ olanda və orada qanun pozuntusu faktını təsdiqləmək mümkün olmadıqda, Mərkəzi Seçki Komissiyası namizədin lehinə qərar çıxarır”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi