Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz Xankəndində Qarabağ Universitetinin qonağı olub.
AvroMedia.az xəbər verir ki, universitet və orada təhsil alan tələbələr, təhsil ocağının kitabxanası ilə tanış olan Yunus Oğuz elm və innovasiya məsələləri üzrə prorektor Fariz Əhmədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva ilə görüşüb. Görüş zamanı universitetin tədris proqramları və ixtisasları haqqında qonağa geniş məlumat verilib.
Yazıçı özünün müxtəlif illər ərzində qələmə aldığı və ayrı-ayrı vaxtlarda çap olunan 100-dən çox kitabını Qarabağ Universitetinə hədiyyə edib. Yunus Oğuz həmçinin Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın və AYB sədr müavini Rəşad Məcidin kitablarını da universitetə təqdim edib. Bu addım həm tələbələrin ədəbiyyatla daha yaxından tanış olmasına, həm də Qarabağ Universitetinin kitabxanasının zənginləşməsinə böyük töhfədir.

Olaylar.az

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur