Xankəndi şəhərində bu il 80 uşağın məktəbəqədər təhsilə cəlb olunması nəzərdə tutulur.
AvroMedia.az xəbər verir ki, bunu Report-a açıqlamasında Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Anar Məcidov deyib.
Onun sözlərinə görə, Xankəndidə sentyabrın 23-də fəaliyyətə başlayacaq uşaq bağçasının işçi heyəti artıq komplektləşdirilib:
“Xankəndi şəhər 1 saylı uşaq bağçası artıq fəaliyyətə başlayacaq. Qeyd etmək istəyirəm ki, daxil olan müraciətlərin sayı 80-dən çoxdur. Qarabağ Regional Təhsil İdarəsi olaraq bir əməkdaşımızı Xankəndi şəhərinə ezam etmişik. O, bağçada işə qəbul olmaq istəyən vətəndaşlarla, həmçinin uşaqlarını məktəb və bağçaya qoymaq istəyən valideynlərlə görüş keçirir. İşçi heyəti artıq komplektləşdirilib və bağça sentyabrın 23-də fəaliyyətə başlayacaq”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi