Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq
Tarix: 16-09-2024, 16:46
Baxılıb: 2 586
Google+ Paylaş
Tumblr Paylaş

Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq

16-09-2024, 16:46

Sentyabrın 16-sı axşam qərb rayonlarından başlayaraq 18-i gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Bu barədə AvroMedia.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° aşağı enəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ