“Mərkəzi Seçki Komissiyası daxil olan 4 müraciəti baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərib”.
AvroMedia.az xəbər verir ki, bununla bağlı Komissiyanın bu gün keçirilən iclasında qərar layihələri müzakirə edilib.
Müraciətləri MSK katibi Arifə Muxtarova və ekspert qrupunun üzvləri təqdim ediblər. 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən namizəd olan Vahid Qocayev, 73 saylı Masallı-Cəlilabad seçki dairəsindən namizəd Şəmsəddin Əmirov, 119 saylı Ağdam seçki dairəsindən namizəd Asif Məmmədov, 60 saylı Quba-Qusar Zahir İsayev seçki prosesində qanun pozuntularının olması ilə bağlı MSK-ya şikayət ərizəsi göndərib.
MSK sədri Məzahir Pənahov isə bildirib ki, daxil olan müraciətlər müəyyən edilmiş müddəti əhatə etmədiyindən şikayətçilərə geri göndərilib.
Qeyd edək ki, qərarlar səsverməyə qoyularaq qəbul olunub.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur