Azərbaycan sakinlərinin 80 faizi ölkədə cinayətkarlıqla mübarizənin səviyyəsindən razıdır.
AvroMedia.az xəbər verir ki, bu barədə İtaliyanın nüfuzlu SWG analitik agentliyinin Azərbaycanda parlament seçkiləri ərəfəsində apardığı sosial araşdırmada deyilir.
“Respondentlərin 80 faizi Azərbaycanda cinayətkarlıqla mübarizənin səviyyəsindən razıdır, 60 faizə yaxını isə son dərəcə müsbət qiymət verib”, - deyə sorğu məlumatlarında bildirilib.
Qeyd edək ki, 1981-ci ildə İtaliyanın Triest şəhərində yaradılan SWG agentliyi bazarın, siyasətin və cəmiyyətin tendensiyalarını və dinamikasını təhlil edən bazar icmalları, ictimai rəy və institusional qrup sorğuları, sənaye araşdırmaları və monitorinq mərkəzləri hazırlayır və dərc edir.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi