ABŞ-nin keçmiş prezidenti Donald Tramp Parisdə Olimpiadanın açılış mərasimini biabırçılıq adlandırıb.
AvroMedia.az xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində mərasimi şərh edərkən bildirib.
“Siz məni əksər insanlardan yaxşı tanıyırsınız. Mən çox açıqfikirli insanam. Məncə, onların etdikləri biabırçılıqdır”, - deyə Tramp söyləyib.
O, açılış mərasimi zamanı xristianların qəzəbinə səbəb olan İsa Peyğəmbərin “Sonuncu şam yeməyi”nin istehzalı şəkildə canlandırılmasını isə dəhşətli adlandırıb. Eks-prezident onu da əlavə edib ki, əgər o, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında olsaydı və təşkilatçılara təsir edə bilsəydi, “Sonuncu şam yeməyi” kimi şou baş tutmazdı.
Qeyd edək ki, iyulun 26-sı Parisdə start götürən Olimpiya Oyunları avqustun 11-dək davam edəcək.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi