Rusiya Prezidenti Vladimir Putin kurort vergisini dəyişdirərək 2025-ci ildən turist vergisinin tətbiqi haqqında qanun imzalayıb.
AvroMedia.az Oxu.az-a istinadən xəbər verir ki, sənəd Rusiyanın hüquqi informasiya portalında dərc olunub.
Turist vergisi yerli vergi olacaq, onun tətbiqi zərurətini və dərəcələrini bələdiyyələr müstəqil müəyyən edəcəklər. Vergi hotellərin yerləşdiyi yer üzrə büdcəyə ödəniləcək.
Vergi müəyyən kateqoriyalı vətəndaşlar üçün hesablanmayacaq.
Vergi dərəcəsinin tədricən – 2025-ci ildə yaşayış minimumunun 1%-dən başlayaraq 2029-cu ilə qədər ildə bir faiz əlavə edilməklə (2029-cu ildən – 5%-dən çox olmamaqla) artırılması planlaşdırılır.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi