Bir sıra Qərb dövlətlərinin Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması ilə bağlı mövqeyi Türkiyəni qane etmir.
AvroMedia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Şuşada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.
“Səmimi qəlbdən inanırıq ki, Azərbaycan və Ermənistan arasında hazırkı danışıqlar prosesi tezliklə sülh sazişinin imzalanmasına səbəb olacaq. Bu kontekstdə biz Azərbaycanın bu sazişin imzalanması ilə bağlı güclü qətiyyətini və müsbət yanaşmasını xüsusilə yüksək qiymətləndiririk. Amma bəzi Qərb dövlətlərinin açıq şəkildə Ermənistana üstünlük verildiyi, Azərbaycanın narahatlığına diqqət yetirilmədiyi və balanslı olmayan münasibəti bizi qane etmir. Biz türk dünyası olaraq bu prosesin uğur qazanmasını istəyirik”, - o vurğulayıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi