Azərbaycan Hindistana başsağlığı verdi
Tarix: 3-07-2024, 08:00
Baxılıb: 3 388
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan Hindistana başsağlığı verdi

3-07-2024, 08:00

Hindistandakı səfirliyi Yeni Dehliyə başsağlığı verib.
AvroMedia.az xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.
“Azərbaycanın Hindistandakı səfirliyi Hathrasda çoxlu sayda insanın faciəvi şəkildə həlak olmasından dərin kədər hissi keçirir. Biz Hindistan hökumətinə və xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”, – məlumatda bildirilib.
Xatırladaq ki, Hindistanın Uttar Pradeş ştatında dini ibadətgahda ayin zamanı baş verən izdihamda ölənlərin sayı 116-ya çatıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ