Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər haqqında” qanuna etiraz aksiyası davam edir.
AvroMedia.az xəbər verir ki, mitinqin görüntülərini Gürcüstanın “Mtavari Arxi” telekanalı canlı yayımlayıb.
Əksəriyyəti gənclər və universitet tələbələri olan etirazçılar Vake parkından Qəhrəmanlar meydanına doğru yürüş təşkil ediblər.
Aksiyanın iştirakçıları Tbilisinin əsas nəqliyyat mərkəzlərindən biri olan Qəhrəmanlar meydanını bağlayıblar.
Nümayişin dinc şəraitdə keçirildiyi bildirilir.
Qeyd edək ki, Gürcüstan parlamenti mayın 14-də keçirilən plenar iclasda “Xarici agentlər haqqında” qanunu üçüncü oxunuşda qəbul edib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi