Türkiyədəki seçkilərin son nəticələri bu tarixdə açıqlanacaq
Tarix: 2-05-2024, 20:07
Baxılıb: 2 322
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyədəki seçkilərin son nəticələri bu tarixdə açıqlanacaq

2-05-2024, 20:07

Mayın 6-da Türkiyə Mərkəzi Seçki Komissiyası martın 31-də respublikada keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərin yekun nəticələrini açıqlayacaq.
AvroMedia.az xəbər verir ki, bu barədə MSK-nın məlumatında deyilir.
Türkiyədə keçirilən bələdiyyə seçkilərində 30 böyük şəhərin bələdiyyə sədri, bələdiyyə və yerli özünüidarə başçıları seçilib.
Müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) 37,77% səs toplayaraq, 30 metropoldan 14-də mer seçkilərində qalib gəlib.
Hakim Ədalət və İnkişaf Partiyası (AKP) 12 böyük şəhərin bələdiyyə sədri postlarını qazanaraq 35,49% səs toplayıb və 2002-ci ildən bəri ilk dəfə seçkilərdə uduzub.
Martın 31-də keçirilən seçkilərdə fəallıq 78,11% təşkil edib ki, bu da son illərin ən aşağı göstəricisidir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ