"TikTok” platformasının Türkiyədə qadağan edilməsi üçün addım atıla bilər.
AvroMedia.az xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının Kırıkkale millət vəkili Halil Öztürk müvafiq təşəbbüslə çıxış edib.
“Aydındır ki, çoxlu əxlaqsız paylaşımlar və milli dəyərlərimizi tapdalayan “TikTok” ən qısa zamanda bağlanmalıdır. Bildirmək istərdim ki, biz bu istiqamətdə qanun layihəsi hazırlayırıq. “TikTok” sosial media platforması sözün əsl mənasında bataqlığa çevrilib və bataqlıqda milçək tutmaqdansa, bataqlığı qurutmaq lazımdır”, – o qeyd edib.
Öztürk əlavə edib ki, “TikTok” tətbiqi türk ailə quruluşuna və mədəniyyətinə uyğun olmayan görüntü və davranışların paylaşıldığı bir mühitdir.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi