Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə üç variant müzakirə olunub, sonda Bakının istədiyi olub.
AvroMedia.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri Ermənistan hökumətindəki mənbələrinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, bu, Ermənistan üçün ən pis, orta və daha yaxşı olan variantlardır.
“Ən yaxşı variant “Azərbaycan Azərbaycana, Ermənistan Ermənistana” prinsipi üzrə qarşılıqlı güzəştlərin edilməsi olub. Başqa sözlə, 1991-ci ilə qayıdırıq, 90-cı illərdə müharibə zamanı Ermənistanın nəzarətinə keçən əraziləri Azərbaycana qaytarırıq, onlar da erməni ərazilərini verirlər. Lakin Əliyev razılaşmayıb. Onun tələbi ilə 4 kənd qaytarılıb. Ermənistanın uğuru isə daha sonra sərhədin digər ərazilərinin müzakirəsi ilə bağlı razılaşmadır”, - nəşr yazır.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb