Türkiyə-Rusiya ticarət dövriyyəsinin həcmi kəskin şəkildə azalıb. Bu, Türkiyə şirkətlərinə Rusiya ilə ticarət etdiklərinə görə sanksiyaların tətbiqindən sonra baş verib.
AvroMedia.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Türkiyə Ticarət Nazirliyinin ilkin məlumatlarına görə, bu ilin birinci rübündə Türkiyənin Rusiyaya ixracı ötən illə müqayisədə 33,7% azalıb. Xüsusilə dəzgahların, elektrik mühərriklərinin və nasosların ixracı azalıb.
Mühəndislik Məhsulları İxracatçıları Birliyinin sədri Kutlu Karavelioğlunun sözlərinə görə, bu il sürətlə genişlənən sanksiya siyahıları və ikili təyinatlı malların ixracına qoyulan məhdudiyyətlər səbəbindən Rusiyaya tədarük bir milyard dollar azaldıla bilər. Bu, Rusiyaya keçən ilki satışın üçdə bir hissəsidir.
KONKRET.az

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb