Bir müddət əvvəl karyerasına fasilə verəcəyini açıqlayan amerikalı aktyor Endrü Qarfild bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib.
AvroMedia.az xəbər verir ki, aktyor Keyt Tomas adlı xanımla sevgilidir. Cütlük ötən gün Los-Ancelesdə əl-ələ səmimi görüntülənib.
Keyt Oksford Universitetində dini fəlsəfə təhsili alıb və "Vogue", "The Telegraph" kimi bir çox tanınmış nəşrlərdə çalışıb. Bununla belə, Keyt öz saytında mənəvi mentor kimi məsləhətlər verir, həm qədim, həm də müasir ruhani təcrübə və ayinləri öyrədir. O, özünü "peşəkar cadugər" də adlandırır. Tomas təklif edir ki, tələbələri rasional olana deyil, enerji, astrologiya və mənəvi təcrübələr dünyasını araşdırmağa çalışsınlar.
Qeyd edək ki, Qarfildin sonuncu ciddi münasibəti "Hörümçək adam" filmindəki həmkarı Emma Stounla olub.

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu