Fransa Cənubi Qafqazda mövcud olmaqla, kəşfiyyat məlumatları toplamaq və region ölkələrində casusluq etməyə cəhd edir, həmçinin Azərbaycanla Ermənistan arasında razılaşmaların həyata keçirilməsinə mane olur”.
AvroMedia.az xəbər verir ki, Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Baku TV-nin sualını cavablandırarkən deyib.
“Fransanın əsl məqsəd sülh və təhlükəsizlik olsaydı, o zaman 2021-ci ildən Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün hər şeyi edərdi. Amma gördüyünüz kimi, onlar əks istiqamətdə gedirlər. Fransanın Cənubi Qafqazın təhlükəsizliyini təmin etməyə hazır və ya qadir olduğuna inanmaq sadəlövhlükdür. Əgər Fransanın belə imkanları olsaydı, bu dövlət Parisin müqavilə öhdəlikləri olduğu ölkələrdə onlardan istifadə edərdi. Fransa Afrika qitəsində bunu etməyə borclu idi, çünki bağışlayın, bunun üçün pul aldılar. Fransanın bu ölkələrdəki missiyaları uğursuzluğa düçar oldu”, - diplomat bildilrib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi həmçinin qeyd edib ki, Cənubi Qafqazın gələcəyi Fransa üçün “yalnız alətdir”.
“Bu, sadəcə Rusiya ilə hibrid müharibə və Afrika qitəsindəki uğursuzluqlar fonunda öz rifahını qorumaq və öz reputasiyasını qorumaq yollarından biridir”, - Zaxarova yekunlaşdırıb.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur