Bərdə-Ağdam dəmir yolunda son vəziyyət nə yerdədir?
Tarix: 8-01-2024, 21:51
Baxılıb: 2 942
Google+ Paylaş
Tumblr Paylaş

Bərdə-Ağdam dəmir yolunda son vəziyyət nə yerdədir?

8-01-2024, 21:51

Bərdə-Ağdam dəmir yolu layihəsi vacib layihələrdən biridir və artıq demək olar ki, Ağdam şəhərinin mərkəzinə qədər dəmir yolu xətti tikilib.
Axar.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova deyib.
Onun sözlərinə görə, 2023-cü il Qarabağda dəmir yolu infrastrukturunun qurulması baxımından da əlamətdar bir il olub:
“2020-ci ildən başlayaraq biz işğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturunun yenidən qurulması istiqamətində işlərimizi davam etdiririk. Bərdə-Ağdam layihəsi vacib layihələrdən biridir və artıq demək olar ki, biz Ağdam şəhərinin mərkəzinə kimi dəmir yolu xəttini artıq hazırlamışıq, tikilib inşa edilib. Hazırda Bərdə,Təzəkənd və Köçərli stansiyalarının yekunlaşması başa çatmaq üzrədir. Ümumilikdə ümumi oxu üzrə 47,1 uzunluğunda olan dəmir yolu xəttinin inşaası yekunlaşır. Təbii ki, onun təsərrüfat obyektləri, ümumiyyətlə digər infrastruktur yeni yardımçı infrastruktur layihələri tamamlandıqdan sonra layihə üzrə yekunlaşması nəzərdə tutulub”.
O qeyd edib ki, artıq layihə üzrə işlərimizin 90 faizi icra olunub:
“Həmçinin dəmir yolu və avtovağzal kompleksinin yeni vahid nəqliyyat qovşağı olaraq onların hazırlanmasının layihələndirmə işləri yekunlaşıb. Bu il ərzində artıq həmin kompleksin tikintisinə start veriləcək. Bununla yanaşı, biz Bakı-Böyük Kəsik dəmiryolu xəttinin Qarabağ qolu hesab olunan Yevlax-Bərdə yolunda layihələndirilməsi üzərində iş aparırıq və məqsədimiz mərhələli şəkildə ölkə boyu dəmir yolu xəttinin xüsusilə də işğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturunu yenidən qurmaq, infrastrukturu sağlamlaşdırmaqdır”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ