Yeni qanuna görə "parklanma"dan kənarda saxlanılan maşınlar müşahidə kameraları və yaxud polis əməkdaşları tərəfindən 20 manat cərimə olunacaq.
Bunun nəticəsi kimi şəhərdə bir neçə yerdə həqiqətən də yol kənarları boşaldıldıqdan sonra hətta "PİK" saatlarında belə gediş-gəliş çox asanlaşdı.
Baxaq görək bu qanun hər yerdə tədbiq olundumu?
-Əlbətdə yox.
Buna misal 7 qəsəbəni birləşdirən Sabunçu-Zabrat-Maştağa yolunu göstərmək olar.
Günün 15 saatı həmin yolun "Sabunçu keçidi"ndən başlayaraq, (əsasən də Zabratda yerləşən "Ayxan" ticarət mərkəzi) ərazisini maşınla keçmək müşkül məsələdir.
Həmin ərazidə "dayanmaq-durmaq" qadağan edici lövhəsi olmasına baxmayaraq maşınlar necə istəyirlərsə elədə saxlayırlar. Baxmayaraq ki, "Sabunçu Yol Patrul Xidməti"nin inzibati binası "Ayxan ticarət mərkəzi"nin 10 addımlığındadır. Bəs bu "Yol Patrul Xidməti"nin əməkdaşları hara baxır?
Əziz oxucular və əlaqəli təşkilatlar, NƏTİCƏSİNİ ÖZÜNÜZ TAPIN.
BilmanİSAQ

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb