Daşkənddə "Mədəni İrs Beynəlxalq həftəsi" çərçivəsində "Yeni Özbəkistanda mədəniyyət və incəsənət sahəsində islahatlar" adlı forum keçirilib.
Forumda Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov, TÜRKSOY-un Baş katibi Sultan Rayev, TÜRKPA-nın Baş katibi Mehmet Surayya Er, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktota Raimkulova, tanınmış Azərbaycan yazıçısı, tarixi romanlar müəllifi Yunus Oğuz, Türkiyə, Fransa, Qazaxıstan, Qırğızıstan, Tatarıstan və digər respublikalardan nümayəndələr iştirak edib.
Forumu Azadbek Nazarbekov açaraq Türk dünyasında əlaqələrin daha da genişləndirilməsi, inteqrasiya proseslərinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Nazir deyib ki, bizim əcdadlarımız maariflənməyi cəhalətdən üstün tutublar, öz ağıl və bacarıqlarını elmin və mədəniyyətin inkişafına sərf ediblər. Xarəzmi, Fərqani, əl-Biruni və Zəməxşari bu torpaqda birdən-birə yaranmayıb. Əlişir Nəvai və Babur Mirzə anadan şair doğulmayıb. Dünyada tanınan bu böyük alimlər, filosoflar və ədibləri yaşadıqları dövrün elmi və mədəni mühiti yetişdirib.
Sonra Sultan Rayev, Mehmet Surayya Er, Aktota Raimkulova və başqaları mədəniyyət və incəsənət sahəsində Özbəkistanda və digər Türk dövlətlərində mədəniyyət və incəsənət sahəsində aparılan islahatlardan danışıblar.
Sultan Rayev qeyd edib ki, Özbəkistanın Mərkəzi Asiya respublikaları və Türk dünyası ilə bütün sahələrdə apardığı praqmatik xarici siyasət bu dövlətlər arasında münasibətlərin daha da möhkəmlənməsinə, mədəni-humanitar istiqamətdə əlaqələrin dərinləşdirilməsinə xidmət edir. TÜRKSOY çərçivəsində münasibətlərin inkişafı yeni mərhələyə qədəm qoyub. Təşkilatın üzvü olan bütün dövlətlərdə, o cümlədən Özbəkistanda və digər qardaş respublikalarda mədəniyyət və incəsənət günləri, gənclər və teatr festivalları, yaradıcılıq forumları və digər bu kimi tədbirlər keçirilir ki, bu da TÜRKSOY-un və bütün Türk dünyası mədəniyyət nazirliklərinin maraq dairəsindədir.
Yunus Oğuz Türk dövlətlərində mədəniyyətin inkişafı sahəsində TÜRKSOY-un rolunu yüksək qiymətləndirib, böyük Azərbaycan şairi Hüseyn Cavidin şeirindən bir beyt söyləyib:Turana qılıncdan daha kəskin, ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!
O, Türk Dövlətləri Təşkilatının bütün sahələrdə, o cümlədən mədəniyyət istiqamətindəki rolundan söhbət açıb, təşkilatın üzvü olan dövlət başçılarının dostluğunu ön plana çəkib. Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyevlə Şavkat Mirziyoyevin yaxlın dostluq münasibətləri təbii ki, mədəniyyətlərimizin inkişafına böyük təsir göstərir. Bu sözləri digər türk dövlətlərinin başçıları haqqında da demək olar.
O ki qaldı Azərbaycan və Özbəkistanın mədəni sahədə əməkdaşlığına, o nə bu gün, nə də dünən yaranıb, bu əlaqələrin min illik tarixi var. Böyük strateq və sərkərdə Əmir Teymurun Azərbaycanda olması, qışlamanı Qarabağda keçirməsi faktı heç kəsə sirr deyil. Əmir Teymur Azərbaycanda olarkən Beyləqanı tikib, oraya su kəməri çəkib. Böyük sərkərdə deyib:"Dilimiz bir, dinimiz bir, mədəniyyətimiz bir, tanrımız birdir".
Bir zamanlar Azərbaycanda "Molla Nəsrəddin" jurnalı çap edilib, bu jurnalın Özbəkistanda abunəçiləri olub, Azərbaycan türkcəsində olan bu jurnalı özbəklər alıb, oxuyub və anlayıblar, biz o vaxtlar bir-birimizi daha yaxşı başa düşürdük.
Sonra Yunus Oğuz "Əmir Teymur" romanını Azadbek Nazarbekova təqdim edib.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Daşkənd