Bakıda bu tarixi bina sökülür? - Nazirlik
Tarix: 23-10-2023, 17:02
Baxılıb: 1 538
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda bu tarixi bina sökülür? - Nazirlik

23-10-2023, 17:02

Səbail rayonunun Qurban Abbasov küçəsi 93 ünvanında yerləşən 3311 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi olan Doğum Evinin binasının söküləcəyi ilə bağlı sosial şəbəkələrdə tirajlanan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tarixi abidəyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarət olunur:

“Tarixi tikilinin damında və yararsız hala düşmüş hissələrində təmir işləri aparılacaq. Hazırda təmir-bərpa işləri üçün hazırlıq görülür. Aparılacaq təmir-bərpa işlərinin layihəsi də razılaşdırılmaq üçün Dövlət Xidmətinə təqdim olunacaq”.

Xatırladaq ki, bina 1930-cu ildə inşa edilib. İkinci Dünya müharibəsinə qədər şəhər mətbəxi kimi, müharibə zamanı təxliyə hospitalı, 1946-cı ildən Azərbaycan SSR Səhiyyə Nazirliyinin tabeliyində Nadejda Krupskaya adına 5 nömrəli Doğum Evi kimi fəaliyyət göstərib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ