“MasterŞef Türkiyə” Azərbaycanda
Tarix: 24-08-2023, 12:17
Baxılıb: 1 593
Google+ Paylaş
Tumblr Paylaş

“MasterŞef Türkiyə” Azərbaycanda

24-08-2023, 12:17

Türkiyənin TV8 telekanalı Dövlət Turizm Agentliyinin (DTA) dəstəyi ilə “MasterŞef Türkiyə”(MasterChef Türkiye) kulinariya yarışmasının növbəti buraxılışını Azərbaycana həsr edib.

DTA-dan verilən məlumata görə, Dağüstü park ərazisində Bakı şəhərinin panoram görüntüsü fonunda çəkilmiş buraxılışda komandalar Azərbaycanın milli kulinariya nümunələrindən müxtəlif yeməklər hazırlayıblar.

Proqramda Azərbaycan təamları, onların hazırlanma texnikalarından bəhs edilir, həmçinin veriliş çərçivəsində Bakının, eləcə də Qarabağın füsunkar mənzələrindən kadrlar təqdim olunur.

“MasterŞef Türkiyə”nin Azərbaycan buraxılışı 24 avqust Bakı vaxtı ilə 21:00-da Türkiyənin “TV8” telekanalında yayımlanacaq.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ