Tarix: 29-04-2023, 13:54
Baxılıb: 1 847
SƏNƏTKAR ÖLMÜR-SƏNƏTİLƏ YAŞAYIR!
29-04-2023, 13:54
Bu gün Azərbaycan Mədəniyyətinə ağır itki üz verib.
Azərbaycan Respublikasının Xalq artisti,tanınmış qarmon ifaçısı,"Şöhrət" ordenli Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Aftandil İsrafilov ömrünün 82-ci ilində bu dünya ilə vidalaşdı.
Əslən Xızı rayonundan olan Aftandil Eynulla oğlu İsrafilov 1941-ci yanvarın 24-də Bakıda anadan olub.Əvəzolunmaz ustad sənətkar,mahir qarmon ifaçısı Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafında öz dəst-xətti ilə iz qoyub.O,saysız-hesabsız-"Nazilə","Kəmalə","Jalə","Zemfira","Aynurə" və s.musiqi havalarının müəllifidir.Ümumxalq məhəbbətini qazanan böyük sənətkar Aftandil İsrafilov qədirbilən Azərbaycan xalqının sevimli sənətkarı olaraq qəlblərdə və musiqilərində hər zaman yaşayacaq.
Allah rəhmət eləsin!
Rəsmiyyə Heybətağaqızı
скачать dle 12.1