Tarix: 21-02-2023, 11:16
Baxılıb: 1 035
Ramiz Novruzla vida mərasimi keçirilir
21-02-2023, 11:16
Ötən gün dünyasını dəyişən xalq artisti Ramiz Novruzla evində vida mərasimi keçirilir.
Daha sonra sənətkarla Azərbaycan Dövlət Dram Teatrında vida mərasimi təşkil olunacaq.
Ramiz Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub.
Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb.
Xalq artisti bir neçə dəfə Prezident Mükafatına, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Xalq artisti mədə xərçəngindən əziyyət çəkirdi
скачать dle 12.1