Uşaqların ən təhlükəli yaş dövrü yeniyetməlik vaxtları hesab olunur. Çünki bu yaşlarda onlar ən ağılasığmaz addımlar ata bilirlər. Son vaxtlar isə bu yaşda olan uşaqların evdən qaçması halları ilə daha çox rastlaşırıq. Bəs görəsən, bu kimi hallar niyə baş verir?
Mövzu ilə bağlı danışan psixoloq Sevinc Həbibova bildirib ki, bu, uşaqlarda böhran dövrü sayılır.
“Əsasən 10, 11 və 12 yaşlı uşaqlarda bu hal müşahidə olunur. Onlar sanki tez böyümək və sərbəst olmaq istəyirlər. Elə fikirləşirlər ki, onlara heç kim qulaq asmır. Çünki onların hormonlarında dəyişiklik gedir. Sosial şəbəkələr də ir yandan onları tətikləyir. Ancaq 17 və ya 18 yaşında onlar bu hərəkəti etmirlər. Bu, sanki bir dövrdür. Hərkəs o dövrdən keçir. “
Psixoloqun sözlərinə görə, elə yeniyetmələr var ki, evdən qaçmaq haqda düşünmür, ancaq tək qalmaq istəyir.
“Ümumiyyətlə, valideynləri hər hansı məclisə gedəndə belə, onlar tək qalmağa üstünlük verirlər. Həmin uşaqların dünyaları sanki təklikdən ibarət olur. Hər şeydən təcrid olunub, evə qapanırlar. Bəzən qızlar kiçik yaşlarında analarının ayaqqabılarını, paltarlarının geyinirlər. Tez böyüməyə can atırlar. Bu hal müəyyən yaş dövrünə qədərdir. Böhran dövrü qurtaranda, sabit həyatlarına davam edirlər.“

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi