Rusiyada milyarderlərin sayı rekord həddə qalxıb.
Bu barədə “Forbes” məlumat yayıb.
Məlumata görə, 2025-ci ildə rusiyalı milyarderlərin sayı 24 nəfər artaraq 149-a çatıb.
Nəşr qeyd edib ki, Rusiyadakı milyarderlərin ümumi sərvəti tarixi maksimumu yeniləyib və 625.5 milyard dollar təşkil edib.
Rusiyada milyarderlərin siyahısına Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov başçılıq edir. Onun hazırda 28.7 milyard dollar sərvəti var.
“Severstal”ın rəhbəri Aleksey Mordaşov (28.6 milyard dollar), “Novatek”in sahibi Leonid Mixelson (28.4 milyard dollar), Vladimir Lısin (26.5 milyard dollar), “Nornikel”in sahibi Vladimir Potanin (24.2 milyard dollar) növbəti yerləri bölüşüblər.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi