Terapevt Olqa Çistik insanlarda ən sürətli asılılıq yaradan spirtli içkilərin araq və viski olduğunu bildirib.
Çistik tərkibində yüksək miqdarda spirt olduğundan bu içkilərin beyinə, sinir sisteminə və daxili orqanlara güclü təsir göstərdiyini söyləyib.
Həkim həmçinin qeyd edib ki, pivə də tez aludəçiliyə səbəb ola bilər. Spirt miqdarı az olsa da, insan onu müntəzəm və böyük həcmdə qəbul etdikdə bu, asılılıq yaradır.
Mütəxəssis kokteylləri nisbətən daha az təhlükəli hesab edir, lakin onların tərkibində bir neçə növ spirt olduğu üçün orqanizmə təsiri gözlənilməz ola bilər.
Ümumiyyətlə, həkim istənilən spirtli içkinin sağlamlığa mənfi təsir etdiyini və hətta kiçik dozalarda belə müntəzəm istifadənin asılılıq yaratdığını vurğulayıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi