Türkiyənin Mersin şəhərinin Toroslar mahalının sakinləri bələdiyyəyə müraciət edərək fərdi yaşayış evindən pis qoxu gəldiyindən şikayət ediblər.
AvroMedia.az xəbər verir ki, müraciətdən sonra polis və təmizlik qrupları evdən 10 ton zibil aşkarlayıb.
Evin yaşlı qadına məxsus olduğu ortaya çıxıb. Komandaların əməyi ilə yaşlı qadına məxsus evdən yığılan 10 ton zibil yük maşınları ilə zibilxanaya daşınıb. Tullantılar çıxarıldıqdan sonra ev və ətrafı təmizlənib.
Yaşlı qadın Ailə və Sosial Xidmətlər İl Müdirliyi tərəfindən himayə edilib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi